Bu gündən Finlandiyanın Laplandiya bölgəsində NATO-nun Avropadakı ən böyük artilleriya təlimlərinin bir hissəsi olan “Lightning Strike–24”ə başlanılır.
YeniAvropa Finlandiya mediasına istinadla xəbər verir ki, təlimin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir.
“Lightning Strike–24” ABŞ-ın rəhbərliyi ilə altında alyansın beş müxtəlif ölkəsində - Finlandiya, Estoniya, Danimarka, Rumıniya və Polşada həyata keçirilən “Dynamic Front-25” əməliyyatının bir hissəsidir. İştirakçıların ümumi sayı isə 28 ölkədən 5000-ə yaxın əsgər və zabit olacaq.
Finlandiyada noyabrın 4-dən 28-dək keçiriləcək təlimlərdə 3600-ə yaxın hərbçi iştirak edəcək. Onlardan 1250-yə yaxını ABŞ, Böyük Britaniya, İsveç, Estoniya, Danimarka və Çexiyadan olan əsgər və zabitlərdir. Finlandiyanı Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Sərhəd Mühafizəsinin əməkdaşları təmsil edəcəklər.