Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində (DGK) “COP29 – Gömrük Komissiyası” yaradılıb və “Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planı” hazırlanıb.
DGK-dan YeniAvropa-ya bildirilib ki, tədbirlər planına uyğun olaraq sürətli sərhəd keçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsinində texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiq işlər həyata keçirilib. Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdirilib.
“Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib edilməsi məqsədilə Komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi yaradılıb.
Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə təmin edilib”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, tədbir iştirakçılarının və ölkəyə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin cop29.az rəsmi internet saytına inteqrasiya olunub.
Eyni zamanda, gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlər keçirilib.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır