logo

Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi

09:00 04-11-2024 | icon 469
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi

Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda irəlidədir.

YeniAvropa Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçki protokollarının 95 faizi hesablanıb. Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki prezidenti Maya Sandu isə seçicilərin 51,68, Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo seçicilərin 48,32 faizinin səsini qazanıb. Moldovada prezident seçkilərinin ikinci turunda yüksək seçici fəallığı qeydə alınıb. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Moldovanın 1 milyon 700 minə yaxın vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib. Bu da təxminən seçicilərin 55 faizi deməkdir. Seçici fəallığı Moldovada oktyabrın 20-də keçirilən prezident seçkilərindən təxminən 3 faiz çox olub.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz – 401 min 215 səs toplayıb.

Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.