Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, H.Zərdabi küçəsi 45 və 47 küçələrində dairəvi sistemin yaradılması ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonunun H.Zərdabi, M.Seyidov, Z.Xəlilov və N.Şəhriyar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.