logo

Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir

11:33 04-11-2024 | icon 343
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir

 

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.

YeniAvropa xəbər verir ki, tədbir zamanı çıxış edən baş prokurorun müavini Heydər Məmmədov indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünasın prokurorluq işçilərinin 89,1 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turda müvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.

Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

Həmçinin imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 161 namizəd, o cümlədən 34 qadın Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.