"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan veb-sayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.
YeniAvropa xəbər verir ki, bu barədə "COP29" Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni veb-sayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. Veb-sayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.
Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir. COP29 rəsmi veb-saytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksəkkeyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır. Bu resurs jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.
İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni veb-saytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün “Chatbox” xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.
COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akkreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır