logo

ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib

15:35 04-11-2024 | icon 287
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib

ABŞ-ın Azərbaycandakı səfirliyi 2025-2026-ci illər üçün akademik dərəcə nəzərdə tutmayan İcma Kolleci proqramını(CCI) elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. 

Qeyd edilib ki, ABŞ kolleclərindən birinin ev sahibliyi etdiyi dörd - “Rəqəmsal Media”, “Kənd Təsərrüfatı”, “İT və Kibertəhlükəsizlik” və “Biznes və Sahibkarlıq” sahələri üzrə birillik akademik dərəcə nəzərdə tutmayan icma kolleci proqramını tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər bir il müddətinə təklif olunacaq proqram üçün 4 nəfərə qədər azərbaycanlı tələbə seçiləcək. Proqram öncəsi oriyentasiya 2025-ci ilin iyun ayında keçiriləcək. Tələbələr digər amerikalı və beynəlxalq tələbələrlə birgə ABŞ icma kolleclərindən birində təhsil alacaqlar. Bu, akademik dərəcə nəzərdə tutulmayan bir proqramdır. Proqram başa çatdıqdan sonra tələbələrin Azərbaycana qayıtması gözlənilir. ABŞ Dövlət Departamenti ABŞ-dəki proqram müddətində təhsil haqqını qarşılayacaq və maliyyə yardımı göstərəcək.

Tələbələrə təhsil müddətində ABŞ-də işləməyə icazə verilmir və proqram müddətində başqa kurslarda iştirak etmək üçün şərait yaradılmır.

Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz: [email protected]

Sənədlərinizi qəbul üzrə koordinator Gülçin Seyidovanın elektron ünvanına göndərin: [email protected]

“CCI” proqramı üçün təqdim olunacaq sənədlərin siyahısı:

  1. Ərizə forması (bu elana əlavə olunur)
  2. Orta məktəb diplomunun və qiymət kağızlarının surətləri;
  3. Motivasiya məktubu - bu proqramı seçmə səbəblərinizi, mediaya, kommunikasiyaya və media sahəsinə marağınızın nə olduğunu və nəyə görə olduğunu ifadə edin;
  4. Şəxsiyyət vəsiqəsinin və ya xarici pasportun surəti;
  5. İngilis dili testi - Tələbələr kreditli siniflərə yazılmaq üçün minimum dil tələblərinə cavab verməlidirlər;
  6. Seçilmiş müraciət edənlərdən tibbi forma tələb olunacaq.

 Son müraciət tarixi – 17 yanvar, 2025

 Kimlər müraciət edə bilər:

 - Namizədlər təsvir olunduğu kimi rəqəmsal media və kommunikasiya yolunda təhsilə olan maraqlarını və öhdəliyini nümayiş etdirməyi bacarmalıdırlar.

- Azərbaycan tərəfindən verilmiş etibarlı pasporta malik olan vətəndaş, milli və ya daimi rezident

- Hazırda Azərbaycanda yaşayan

- 1 iyul 2025-ci ilə qədər 18 yaş və ya daha böyük olan

- Uğurla orta məktəb attestatını qazanan

- 1-ci və 2-ci kurs tələbələri

- Yetərincə təmsil olunmayan qrupdan və/yaxud xidmət göstərilməyən icmadan olan ərizəçilərə üstünlük veriləcək.

- Bəzi akademik və ya peşəkar təcrübə vasitəsilə seçilmiş təhsil sahəsinə sadiqliyini nümayiş etdirmiş namizədlər - Proqram təklif olunan təhsil sahələrində sübut edilmiş bacarıqları və ya marağı və məhdud peşəkar təcrübəsi olan iştirakçıları müəyyən etmək məqsədi daşıyır.

- İngilis dilində təhsil ala bilən

- Xaricdə təhsil təcrübəsi olmayan və ya məhdud olan

- Əvvəlcədən xaricdə təhsili və ya ABŞ-yə səfəri olmayan namizədlərə yerləşdirmə prioritetləri veriləcək.

- Tam orijinal ərizə təqdim edilməlidir.

- ABŞ J-1 vizası ala və bu statusu saxlamaq üçün proqram şərtlərinə cavab verə bilən

- Həftənin istənilən günü, ola bilsin ki, səhər və ya axşam saatları daxil olmaqla, proqramlaşdırıla bilən fəaliyyətlər və ya səyahətlər də daxil olmaqla, proqramı tam şəkildə başa çatdırmağa hazır və fiziki cəhətdən (tələb olunduqda yaşayış yeri ilə) qadir olan

- Proqramı başa vurduqdan və J-vizasının iki illik rezidentlik tələbini yerinə yetirdikdən sonra vətənə qayıtmaq öhdəliyi götürən

- 2025-ci ilin iyul ayında ABŞ-də akademik mübadilə proqramına başlaya bilən şəxslər.