logo

Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib

14:14 04-11-2024 | icon 378
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də Qırğızıstana səfərə gedib. 

YeniAvropa xəbər verir ki, bu barədə TRT məlumat yayıb. 

Bildirilib ki, səfərdə Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və digər şəxslər müşayiət edirlər.

Noyabrın 5-də Bişkekdə Qırğızıstan və Türkiyə dövlət başçıları arasında məhdud tərkibdə danışıqların, eləcə də onların sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın altıncı iclasının keçirilməsi planlaşdırılır. Tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə edəcəklər.

Səfərin yekununda iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi və dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Səfər çərçivəsində  Rəcəb Tayyib Ərdoğan noyabrın 6-da Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının(TDT) növbəti on birinci Zirvə Toplantısında da iştirak edəcək. 

 “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” devizi ilə keçiriləcək sammitdə təşkilata üzv olan beş dövlətin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan  və Özbəkistanın dövlət başçıları, eləcə də təşkilatda müşahidəçi statusunda olan ölkələr-Türkmənistan, Masarıstan və Şimali Qıprpz Türk Cümhuriyyətinin rəhbərlərinin iştirak edəcəyi planlaşdırılır.