logo

Sabah Fəvvarələr meydanında mitinqə icazə verilməyəcək-DİN

12:52 22-12-2022 | icon 2289
Sabah Fəvvarələr meydanında mitinqə icazə verilməyəcək-DİN

Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

YeniAvropa xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq dekabrın 23-də Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırarkən bildirib.

“Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”, - deyə xidmət rəisi qeyd edib.