Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev məlumat verib.
Bildirib ki, dekabrın 31-də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.