Yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri tərəfindən 51 min 870 nikaha daxilolma və 13 min 139 boşanma halı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5.5-dən 6.2-yə qədər artıb, boşanmaların sayı isə 1.7-dən 1.6-ya enib.