logo

Azərbaycan tərəfi "Qızıl Xaç"a Xankəndidən Ermənistana xəstə aparılmasına şərait yaradıb

13:31 19-12-2022 | icon 1764
Azərbaycan tərəfi "Qızıl Xaç"a Xankəndidən Ermənistana xəstə aparılmasına şərait yaradıb

Dekabrın 19-da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.

YeniAvropa xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Belə ki, aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Qeyd edək ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının daha bir göstəricisidir.