Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 72 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 50,o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.