Bu gün səhər saatlarında Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.
YeniAvropa xəbər verir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. Təəssüf ki, rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.