Dekabrın 19-da gecə saat 1 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.