Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.
AZAL-ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, "Airbus A320" təyyarəsi Bakı vaxtı ilə saat 23:42-də Səmərqənd hava limanında eniş edib.