Ermənilərin ekoloji terroru ilə bağlı dünya beyin mərkəzlərinə müraciət edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan ərazilərində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq dünyanın ətraf mühit siyasəti sahəsində olan aparıcı beyin mərkəzlərinə müraciət edib.
YeniAvropa xəbər verir ki, müraciətdə Azərbaycan ekoloqlarının Rusiya sülhməramlılarının müvəqqəti fəaliyyət göstərdiyi Azərbaycan ərazilərində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiyi bildirilir. Azərbaycanlı ekoaktivistlər “Ekoloji terrora son!”, “Öz ərazilərimizdə monitorinqin qarşısını alma!” şüarları ilə planetin həyat qabiliyyətini təhdid edən ekosid və qeyri-qanuni istismarın qarşısını almağa çağırırlar. Eyni zamanda, Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarında azərbaycanlı mütəxəssislərin monitorinq və qiymətləndirmə aparmasına şərait yaradılması əsas tələb kimi irəli sürülür.
Vüsal Qasımlı dünyanın ekoloji sahədə fəaliyyət göstərən beyin mərkəzlərinin diqqətinə çatdırır ki, Azərbaycanın Ağdərə şəhəri ətrafında yerləşən “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V.Investment” şirkəti tərəfindən istismar olunmalıdır. Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir. Əvəzində istismarla məşğul olan “Base Metals” şirkətinin təkcə 2009-2017-ci illərdə “Qızılbulaq” yatağının istismarı nəticəsində 178 milyon dollar qazandığı sübuta yetirilib. Qarabağ ərazisində 2010-cu ildən fəaliyyətə başlayan və ilkin hesablamalara görə, illik gəliri 8 milyon ABŞ dolları təşkil edən şirkət “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra Ermənistana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
Vüsal Qasımlı müraciətində aparılan araşdırmaların nəticəsini diqqətə çatdırır və bildirir ki, bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının Vətən müharibəsindən sonra istismarı dayandırılıb. Lakin bədnam rusiyalı milyarder Ruben Vardanyanın Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra yataqlarda yenidən qanunsuz fəaliyyətə başlanılıb. Son dövrlər isə “Azersky” peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı müəyyənləşdirilib. Nəticədə ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirkləndirilib. Uzun illər bu ərazilərdə ekosidlər törədilib, yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb, Azərbaycan dövlətinə məxsus sərvətlər qanunsuz istismar olunub.
İİTKM-in icraçı direktoru Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Azərbaycan Respublikasının daxili qanunvericiliyinin pozulduğunu, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmadığını diqqətə çatdırır. Bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq qanuni sahibi Azərbaycan dövləti olan sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər.
Vüsal Qasımlı bildirir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz fəaliyyətlər və törədilən ekoloji terror beynəlxalq konvensiyalara da ziddir. Xüsusilə, hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyası, 1907-ci ildə qəbul edilən IV Haaqa Qaydaları, 1949-cu ildə qəbul edilən IV Cenevrə Konvensiyası qanunsuz fəaliyyəti qəti şəkildə rədd edir. İşğal olunmuş Ərazilər üzrə Cenevrə Konvensiyası şirkətlərə uzun müddət işğal altında olan və faktiki statusu aydın olmayan ərazilərdə mədən hasilatı aparmağı qadağan edir. Beyin mərkəzlərinə ünvanlanan müraciətin mətnində qeyd olunub ki, ekoloji problemlər, ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədləri ilə ziddiyyət təşkil edir. O cümlədən, yataqların qanunsuz istismarı, ətraf mühitə zərər vurulması, su hövzələrinin çirkləndirilməsi və bu ərazilərdə qanuni sahib olan dövlətin - vətəndaşların monitorinqinə şərait yaradılmaması BMT tərəfindən qəbul edilən “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya (Espo Konvensiyası), “BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiyası”na (Orxus Konvensiyası) tamamilə ziddir.
Müraciətdə, həmçinin qeyd olunur ki, azərbaycanlı ekoaktivistlərin ekoloji terrora etirazı ilə bağlı saxta xəbərlər Ermənistan tərəfindən dünya mediasına yanlış informasiya kimi ötürülür.
Etiraz məktubu ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələr də olmaqla 100-dən artıq beyin mərkəzinə ünvanlanıb.
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib