logo

Almaniyadan 20 Azərbaycan vətəndaşı geri qaytarılıb

14:14 16-12-2022 | icon 1750
Almaniyadan 20 Azərbaycan vətəndaşı geri qaytarılıb

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində dekabrın 15-də 20 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.