Dekabrın 16-da yerli media nümayəndələrinin Ağdam rayonu ərazisindəki Xaçınçay və Tərtər rayonu ərazisindəki Suqovuşan su anbarlarına səfəri təşkil edilib.
YeniAvropa xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə təşkil edilən səfər zamanı media nümayəndələri Xaçınçay su anbarında, həmçinin Suqovuşan su anbarının 5,2 kilometr uzunluğundakı magistral kanal və "Tərtər" sol sahil magistral kanalında aparılan təmir-bərpa işləri ilə tanış olurlar.