logo

Fövqəladə Hallar Nazirliyinin yaranmasından 17 il ötür

09:29 16-12-2022 | icon 2016
Fövqəladə Hallar Nazirliyinin yaranmasından 17 il ötür

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Nazirlik respublikamızda təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb.

Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.