logo

Uşağın anadan olmasına görə ataya da ödənişli məzuniyyət veriləcək

13:33 15-12-2022 | icon 1799
Uşağın anadan olmasına görə ataya da ödənişli məzuniyyət veriləcək

Kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Sənəddə uşağın anadan olmasına görə kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuş gününə təsadüf edən ərəfədə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsinə dair təklif verilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 15-də keçirilən iclasında təqdim olunan illik hesabatında öz əksini tapıb.

Qanun layihəsi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 saylı Konvensiyasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinin 125-ci maddəsində dəyişiklik edilməsi təklif olunub. Qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.