Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 55 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 86,o cümlədən borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.