logo

Xəzərdə suitilərin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq

09:09 08-12-2022 | icon 1260
Xəzərdə suitilərin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Dağıstan Nazirlər Kabinetinin Teleqram kanalında dərc olunan məlumatda bildirilir.

“Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar. Bununla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır”, – məlumatda qeyd edilib.