ANAMA dövlət sifarişini tam yerinə yetirməyib-Hesablama Palatası
Hesablama Palatasının 2022-ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) publik hüquqi şəxsin 2021-ci il yanvarın 1-dən 2022-ci il iyulun 1-dək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunub.
Palatadan YeniAvropa-ya bildirilib ki, əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra ağlasığmaz formada kütləvi minalanmış həmin ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə yaranan tələbatın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması ANAMA-nın fəaliyyətinin genişləndirilməsini şərtləndirib, müasir tələblərə uyğun maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi işlərinə xüsusi önəm verilib, genişmiqyaslı işlərin yerinə yetirilməsi prosesində auditlə əsasən bir sıra uyğunsuzluqlar aşkarlanıb.
Dövlət sifarişinə məqsədli vəsaitlərin ödənilməsi üzrə rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilib, minatəmizləmə fəaliyyəti üzrə dövlət büdcəsindən açılan maliyyələşmələr qanunvericiliklə sifarişçi-icraçı münasibətlərini tənzimləyən meyarlara tam uyğun həyata keçirilməyib. 2021-ci il üçün müqavilə məbləğinin tam həcmdə maliyyələşdirildiyi halda dövlət sifarişi 88,5 faiz səviyyəsində yerinə yetirilib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib. Audit dövründə ümumilikdə 612,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınmaqla, bu və digər uyğunsuzluqların aradan qaldırılması, eləcə də nizamnaməyə uyğun olaraq institusional tənzimləmə çərçivəsində funksional fəaliyyətdə istifadə edilən geyimlərin (xüsusi geyimlərin) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsi və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürülüb.
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib