DSX-nin Akademiyasında yanğından zərərçəkən 14 nəfər ambulator müalicə üçün evə buraxılıb
Dövlət Sərhəd Xidmətinin(DSX) Akademiyasının inzibati binasında yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.