Azərbaycan Hotel Assosiasiyasının Baş Assambleyası keçirilir
Dekabrın 7-də Bakıda Azərbaycan Hotel Assosiasiyasının (AHA) 5-ci Baş Assambleyası keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin sütunlarından biri olan hotelçiliyin inkişafının ölkə turizmi üçün çox önəmli faktorlardan olduğunu qeyd edib.
Fuad Nağıyev iki ildir uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotelin müraciət etdiyini, 100-ə yaxın hotelin təsnifatının başa çatdığını, onlardan isə cəmi 44 hotelin 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edildiyini bildirib. Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini bildirib.
Fuad Nağıyev qeyd edib ki, ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə gətirib çıxaracaq.
Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi təmin edilir.
Assambleya çərçivəsində cari ildə qonaq rəyləri əsasında yüksək qiymətləndirilən hotellərin və qonaqpərvərlik sənayesi nümayəndələrinin təltifetmə mərasimi keçirilib, həmçinin AHA-nın İdarə Heyəti üzvləri, eləcə də sədrinin seçilməsi üçün keçirilmiş səsvermənin nəticələri açıqlanıb.
Daha sonra assambleya öz işini müxtəlif mövzulara həsr olunmuş sessiyalarla davam etdirib.
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib