logo

Sərhəd Qoşunlarının hərbçisi müalicə aldığı xəstəxanada vəfat edib

09:29 07-12-2022 | icon 1498
Sərhəd Qoşunlarının hərbçisi müalicə aldığı xəstəxanada vəfat edib

Noyabrın 30-dan müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq dekabrın 6-da xəstəxanada vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.