Şabran rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşları rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki, qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayevdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.