Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 57 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarılan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.