Azərbaycan QHT-ləri Ermənistanın uşaqları hərbi əməliyyatlara cəlb etməsi ilə bağlı BMT Baş katibinin xüsusi nümayəndəsinə bəyanat ünvanlayıblar
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi xanım Vircinia Qambaya Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsi, azərbaycanofobiya ruhunda tərbiyə olunması ilə bağlı bəyanat ünvanlayıblar.
YeniAvropa xəbər verir ki, bəyanatda İkinci Qarabağ müharibəsi zamanı uşaqların Ermənistan tərəfindən birbaşa hərbi əməliyyatlara, həmçinin “VOMA”, “POGA” və “Mets Tiqran” kimi hərbi təşkilatlar tərəfindən hərbi təlimlərə cəlb olunmasına etiraz ifadə edilib.
Qeyd olunub ki, Ermənistan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT Baş Assambleyasının 1989-cu il noyabrın 20-də keçirilən 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətləri silahlı münaqişələr zamanı uşaqlarla bağlı beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirakını qadağan edir və bunun üçün bütün tədbirlər görməyə dəvət edir.
Bildirilib ki, Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək nəinki uşaqların təhsil, inkişaf və digər hüquqlarını pozur, ümumiyyətlə, onları ölümə göndərir. Döyüş meydanında heç bir qanun tanımayan Ermənistan dövləti çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını heçə sayır.
“Ermənistanın uşaqları hərbi təlimlərə açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət regionda etimad quruculuğuna ehtiyac duyulan dövrdə azərbaycanlılara nifrət aşılamaqla davamlı sülhün bərqərar olmasına maneçilik törədir, beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Ermənistan hökumətinin rəhbəri və üzvləri tərəfindən insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara konvension normalara uyğun olaraq hüquqi qiymət verilməli və məsuliyyət müəyyənləşdirilməlidir”, - deyə bəyanatda vurğulanıb.
Bəyanat 48 QHT tərəfindən imzalanıb.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır