Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 min çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev YeniAvropa-ya bildirilib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 mindən çox çəkikimi, 8 min qızılxallı forel körpəsi buraxılıb. Qeyd olunub ki, balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.