Noyabrın 17-dək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya erilən məlumata görə, noyabrın 16-sı gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.