Quba rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.