Bakıda 77 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, buna səbəb paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləridir.
Hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərir.