logo

İrandan Azərbaycana 10 kq narkotika keçirmək istədi-yaxalandı

12:12 14-11-2022 | icon 1323
İrandan Azərbaycana 10 kq narkotika keçirmək istədi-yaxalandı

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli metadon-40 həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.