Londonda Zəfər Günü qeyd olunub
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının və müxtəlif türk dövlətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə torpaqlarımızın erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BAA rəhbəri Hafiz Baxşəliyev dünya azərbaycanlıları və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini yüksək qiymətləndirdiyi, soydaşlarımızın müharibə və postmüharibə dövründə dövlətimizin ətrafında sıx birləşdiyi, bundan sonra da bu birliyin və həmrəyliyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamı və təbriki tədbir iştirakçılarına çatdırılıb.
Sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir bundan sonra birlikdə daha böyük zəfərlərə imza atacağımızı söyləyib.
Tədbirin bədii hissəsində Britaniyada yaşayan sənətçilər – Rasim Fərziyevin “Odlar Yurdu” ansamblı, Emiliya Yaqubova, Ramil Əmirli, Vüqar Əhədov və Fərhad Nişatın ifasında Zəfər Gününə həsr olunmuş konsert proqram təqdim edilib, Tahir Aslanın şeirləri səsləndirilib.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır