Şeyxülislam Allahşükür Paşazadə Bəhreyndə Roma Papası ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bəhreynin paytaxtı Manama şəhərində “Bəhreyn Dialoq Forumu” çərcivəsində Roma Papası Fransisklə görüşüb.
YeniAvropa xəbər verir ki, “Bəhreyn Dialoq Forumu”nda Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.
Roma Papası Fransisk tədbirdə iştirak edən din xadimlərini salamlayaraq, din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.
Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə çağırıb. O deyib ki, getdikcə parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır.
Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: "Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış “İnsan Qardaşlığı” sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir".
Şeyxülislam A.Paşazadə qeyd edib ki, multikulturalizmi dövlət siyasəti olaraq həyata keçirən Azərbaycan dünyada insan həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış edir və bu istiqamətdə qlobal səyləri dəstəkləyir. Bu əsnada, "İnsan qardaşlığı" sənədinin müddəalarından irəli gələn məqamlar Azərbaycan tərəfindən dəstəklənir.
QMİ sədri vurğulayıb ki, ölkəmizdə dini, məzhəb ayrıseçkiliyi yoxdur, islamdaxili vəhdət hökm sürür.
QMİ sədri bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairə rəsmi səfəri ilə əlaqədar toplantı iştirakçılarına məlumat verib. Dövlət başçımızın İslam həmrəyliyi ideyalarına söykənən tarixi çıxışında Əlcəzair xalqının öz müstəqilliyi uğrunda göstərdiyi mücadiləyə verdiyi yüksək dəyər bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. KAİCİİD beynəlxalq dinlər və sivilizasiyalar arası dialoq Mərkəzinin Direktorlar şurasının üzvü d-r Məhəmməd Sammak Prezident İ.Əliyevin Əlcəzairə səfərinin ümumən ərəb dünyasında böyük maraqla izlənildiyini və dövlət başçımızın çıxışının xüsusi ehtiramla qarşılandığını diqqətə çatdırıb. O eyni zamanda Şeyxülislam A.Paşazadəyə xitab edərək Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğunu ifadə edib. Şura üzvləri adından Şeyxülislam A.Paşazadəyə müraciət olunaraq, Azərbaycan Prezidentinə onların salamlarının və Əlcəzair səfəri zamanı İslam həmrəyliyi ideyalarına göstərdiyi diqqətə görə minnətdarlığın çatdırılması rica edilib.
Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümününü qeyd edəcəyini xatırladaraq, 2020-ci ildə Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları əsasında 30 ilə qədər davam etmiş Ermənistanın hərbi təcavüzünə son qoyaraq əzəli torpaqları olan Qarabağı işğaldan qurtararaq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, hal-hazırda dövlətimizin işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa etdiyi, torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə məlumat verib. Habelə, bölgəmizdə baş verən hadisələr haqqında geniş məlumat verən QMİ sədri Azərbaycanın bölgədə sülh, qarşılıqlı anlaşma və iqtisadi əməkdaşlıq yönündə davamlı olaraq dialoq müstəvisi və layihələrlə çıxış etdiyini diqqətə çatdırıb. Şura sədri və tədbir iştirakçıları Azərbaycan xalqını və dövlətini 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümü münasibətilə təbrik ediblər.
Bəhreyn Forumu çərçivəsində Şeyxülislam A.Paşazadə Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Vatikanın ali nümayəndələrindən Dövlət katibi kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Migel Anhel Ayuso, arxiyepiskop Edqar Penya Parra, arxiyepiskop Pol Riçard Qallaher, habelə Konstantinopol patriarxı Varfolomey, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər nüfuzlu din xadimləri ilə də ikitərəfli görüşlər keçirib.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır