logo

Sabah Bakıda arabir yağış, bəzi dağlıq ərazilərdə isə qar yağacaq

11:55 29-10-2022 | icon 1358
Sabah Bakıda arabir yağış, bəzi dağlıq ərazilərdə isə qar yağacaq

Oktyabrın 29-da gün ərzində Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, oktyabrın 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyəyədək güclənəcək.