İsveç və Finlandiya azərbaycanlıları AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərini obyektiv olmağa çağırıblar
İsveç və Finlandiyada yaşayan Azərbaycan icmasının üzvləri Avropa Şurası Parlament Assosiasiyasının (AŞ PA) Ermənistan üzrə həmməruzəçilərinə-isveçli
deputat Boriana Oberginə və finlandiyalı deputat Kimmo Kilyunenə müraciət
ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.Müraciəti İsveçdə Azərbaycanlı Akademiklər Assosiasiyasının sədri Səadət Kərimi, İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) sədri Sevda Dadaşova və Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri,Skadinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova imzalayıb.
Müraciətdə bildirilib ki, AŞ PA-nın Ermənistan üzrə həmməruzəçilərinin
Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qərəzli bəyanatı İsveç və Finlandiya
azərbaycanlılarında dərin narahatlıq doğurub. İsveç və Finlandiya
azərbaycanlılarının öz deputatlarından faktlara və hadisələrə neytral və obyektiv
yanaşma tələb etdiyi nəzərə çatdırılıb.
Qeyd edilib ki, bu günlərdə dünya azərbaycanlıları 2020-ci il sentyabrın 27-dən
noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket
hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər. “İnsanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri pisləyirik. Bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçiririk”, - deyə vurğulanıb.
Bəyanatda Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 30 illik işğal dövründə
törətdiyi dəhşətli müharibə cinayətləri, o cümlədən II Qarabağ müharibəsi
dövründə münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr aralıda
yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər
şəhərlərinin ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bömbardman edildiyi bir daha nəzərə çatdırılıb: “Nəticədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktura ciddi ziyan dəyib”.
Ermənistanın hərbi cinayətlərini beynəlxalq hüququn norma və prinsiplərinin,
1949-cu il Cenevrə Konvensiyalarının və onlara Əlavə Protokolların
müddəalarının kobudcasına pozulması kimi qiymətləndirən diaspor təşkilatlarının rəhbərləri bildiriblər ki, dünya azərbaycanlıları AŞPA-ya bəslədikləri ümidi çoxdan itiriblər. Çünki AŞ PA-da bu dəhşətli hadisələrə adekvat reaksiya vermək əvəzinə, müxtəlif dövrlərdə siyasi sifarişlərin yerinə yetirilməsi üçün dəfələrlə Azərbaycan hədəf seçilir, “...ölkəmiz haqqında yalanlar uydurulur və yayılır. Azərbaycanda gedən müsbət proseslər isə təəssüf ki, qeydə alınmır”.
Müraciət müəllifləri AŞ PA-nı daha obyektiv və neytral yanaşma nümayiş etdirməyə, işğalçı Ermənistandan Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə
görə cavab tələb etməyə və Azərbaycanla sülh müqaviləsi imzalaması üçün rəsmi İrəvana təzyiqlər göstərməyə çağırıb.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır