Oktyabrın 24-də “KamAZ” markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu “KamAZ” markalı, 44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “saxla” işarəsi verilsə də, onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görülmüş tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə K.Məmmədov barəsində inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.