logo

Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

17:27 26-10-2022 | icon 1946
Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

Oktyabrın 26-da keçirilən Azərbaycan Yazıçılarının XIII Qurultayında təşkilati məsələyə baxılıb. Qurultayda 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

YeniAvropa xəbər verir ki, qurultayda Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.