logo

Bu ilin ikinci Günəş tutulması başlayıb

13:13 25-10-2022 | icon 1673
Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci Günəş tutulması başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrasından bildirilib.

Qeyd edilib  ki, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.