logo

Sinoptiklərdən xəbərdarlıq: Yağıntılı hava şəraiti 2 gün davam edəcək

11:55 25-10-2022 | icon 1519
Sinoptiklərdən xəbərdarlıq: Yağıntılı hava şəraiti 2 gün davam edəcək

Oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə sürəti arabir saniyədə 15-20 metrə çatacaq.

Çaylarda sululuğun artacağı ehtimal edilir.