logo

Azərbaycandan İrana qanunsuz yolla keçmək istəyən qadınlar saxlanılıb

11:55 24-10-2022 | icon 1428
Azərbaycandan İrana qanunsuz yolla keçmək istəyən qadınlar saxlanılıb

Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərən iki Azərbaycan vətəndaşı - 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı qeyd olunan şəxslərin bu il Türkiyə Respublikasından deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.