Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində bir nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan
YeniAvropa-ya bildirilib ki,ilkin araşdırmalarla 1996-cı il təvəllüdlü Samir Əlizadənin həmin ərazidə olarkən minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.