logo

Azərbaycanda avtomobil qəza keçirən Binəli Yıldırımın səhhəti normaldır

22:55 20-10-2022 | icon 1316
Azərbaycanda avtomobil qəza keçirən Binəli Yıldırımın səhhəti normaldır

Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım özünün "Twitter" hesabında  səhhəti ilə bağlı paylaşım edib.

YeniAvropa xəbər verir ki, Binəli Yıldırım paylaşımında səhhətinin normal olduğunu yazıb.

“Azərbaycana səfərimiz zamanı yol qəzasına uğradıq. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada tibbi nəzarət altındayıq. Dua edib xoş arzularını çatdıran hər kəsə təşəkkürlər”, - deyə Binəli Yıldırım bildirib. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.