Yol Polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən YeniAvropa-ya daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 21-dən başlayaraq ayın 23-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır.
Verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.
Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
"COP29"un yeni rəqəmsal məlumat platforması istifadəyə verilib
Faktiki hava:Bəzi bölgələrə qar yağır
Maya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda liderdi
Azərbaycan nefti 74,80 dollara satılır