logo

TDT müsəlman dini liderləri  Şuşada Birgə Bəyanat qəbul ediblər

13:58 20-10-2022 | icon 4802
TDT müsəlman dini liderləri  Şuşada Birgə Bəyanat qəbul ediblər

Oktyabrın 20-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının(TDT) Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Birgə Bəyanatı qəbul edilib.

YeniAvropa xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Şuşanın Azərbaycan tarixində rolundan və yerindən danışıb.

Sonra çıxış edən Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə dövlətimizin başçısı və xalqımızı təbrik edib, Şuşanın Azərbaycan və türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.

Sonda jurnalistlərin sualları cavablandırılıb.