Oktyabrın 20-də Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.