logo

Dövlət sərhədini pozmuş iki nəfər saxlanılıb

11:44 20-10-2022 | icon 1323
Dövlət sərhədini pozmuş iki nəfər saxlanılıb

Oktyabrın 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonunun Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.